Banner

Sığorta

Taleh Yunsurov - 43

Taleh Yunsurov - 43 | FED.az
17:03 14 Okt 2019

Azərbaycan sığorta bazarının tanınmış menecerlərindən hesab olunan “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Taleh Yunsurovun 43 yaşı tamam olub.

Qeyd edək ki, T.Yunsurov 13 oktyabr 1976-cı ildə anadan olub. Bakı Əmtəəşünaslıq Kommersiya Universitetinin məzunudur.  FED.az xəbər verir ki, T. Yunsurov sığorta bazarında peşəkar kadr kimi tanınır. Sığorta fəaliyyətinə 2007-ci ildə sıravi işçi kimi başlayan Taleh Yunsurov, bu sahədə 10 ildən artıq bir müddət ərzində, bazarın aparıcı şirkətlərində, müxtəlif vəzifələrdə çalışaraq departament direktoru vəzifəsinə qədər yüksəlib. T.Yunsurov, öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq 2017-ci ildə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alıb. Qısa vaxt ərzində “Qala Sığorta” ailəsinin etimadını qazanan T.Yunsurov, şirkətin qarşısına qoyulan hədəflərə çatmaq isitiqamətində hal-hazırda fəaliyyətini inamla davam etdirir. Bu gün, şirkətin sığorta bazarındakı dinamik inkişafında onun rolu böyükdür.

FED.az komandası olaraq Taleh müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.

Digər xəbərlər

Banner