Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 151 milyon 173 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 386 min manat və ya 7,4% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 140 milyon 787 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 113 milyon 469 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 milyon 120 min manat və ya 7,7% çoxdur. Ötən ilin eyni dövründə 105 milyon 349 min manat sığorta ödənişləri edilmişdi.












