Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 111 milyon 488 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 865 min manat və ya 4% çoxdur.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 107 milyon 623 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 80 milyon 650 min manat təşkil edib ki, bu da illik müqayisədə 15 milyon 880 min manat və ya 25% çoxdur.
Əvvəlki ilin eyni dövründə 64 milyon 770 min manat sığorta ödənişləri edilmişdi.