Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 38 milyon 530 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 520 min manat və ya 4% çoxdur.
2024-cü ilin yanvar-mart aylarında bu göstərici 37 milyon 10 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 28 milyon 20 min manat təşkil edib ki, bu da illik müqayisədə 341 min manat və ya 1% çoxdur.
Əvvəlki ilin eyni dövründə 27 milyon 679 min manat sığorta ödənişləri edilmişdi.