«STATUS Sığorta Brokeri» MMC 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2021-ciildən sonra 2022-ciili də zərərlə başa vurub.
Hesabata görə, 2022-ci ildə «STATUS Sığorta Brokeri» MMC-nin cəmi aktivləri 130 min manatdan 150,8 min manata yüksəlib. Şirkət bu artıma «Sair aktivlər»in 20 min manat artaraq 114 mindən 134 min manata yüksəlməsi ilə nail olub.
Aktivlər demək olar ki, bütünlüklə uzunmüddətli aktivlərdən ibarətdir. Qısamüddətli aktivlər – yəni debitor borclar və pul vəsaitləri olduqcu cüzidir. İlin sonuna şirkəti alacağı 1200 manat borc var, hesabında isə 1900 manat toplanıb.
«STATUS Sığorta Brokeri» MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Amma kapitalında 109 min manat yığılmış zərər var. Nəticədə şirkətin kapitalı azı 2 ildir ki, mənfiyə düşüb – 2021-ci ilin sonunda mənfi 90 min manat, 2022-ci ilin sonunda isə mənfə 109 min manat.
«STATUS Sığorta Brokeri» MMC-in öhdəlikləri ilin sonuna 149 min manat olub. Bu bütünlüklə təsissilərlə hesablaşmalara aiddir.
2022-ci ildə «STATUS Sığorta Brokeri» MMC-nin əməliyyat gəlirləri olmayıb – yalnız sair gəlirləri olub – 4300 manat.
Əvəzində işlərin aparılmasına 22,7 min manat xərclənib. Nəticədə şirkətin illik zərəri 18,4 min manat olub. 2021-ci ilin sonunda isə bu rəqəm 21,4 min manat idi.