ASC "Standard İnsurance" Sığorta Şirkətinin rəhbər heyəti ADAU-da olub. FED.az xəbər verir ki, 01.02.2019-cu il tarixində ölkədə ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılan sığorta agentliyin işçi qrupunu formalaşdırmaq üçün Şirkətin rəhbər heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin qonağı olub. Ölkəmizdə aqrar sığortanın inkişafını hədəfləyən Agentlik gənc nəsil arasında sığortanın təbliğini həyata keçirir.
Eləcə də bax:“Standard İnsurance”nin nizamnamə kapitalı - ARTIRILDI
24.10.2019-cu ildə təşkil edilmiş görüşdə rəhbər heyətlə yanaşı Şirkətin Gəncə nümayəndəliyinin direktoru, Rəvan Sığorta ASC-nin Gəncə nümayəndəliyinin direktoru, AzSığorta Şirkətinin, Atəşgah Sığortanın Gəncə filialının, Günay Sığorta ASC Gəncə Filialının nümayəndələri iştirak edib.
Məlumat üçün bildiririk ki, ASC “Standard Insurance” SŞ-nin nümayəndələri mütəmadi olaraq tələbələrlə görüşüb, təlimlər keçirir. ASC “Standard İnsurance” SŞ-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəyi ilə Agentliyin gələcəkdə fəaliyyətini genişləndirəcəyi və digər sığorta Şirkətlərinin də cəlb olunacağı istisna edilmir.