Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ay lisenziyasını ləğv etdiyi “Standard İnsurance” Sığorta Şirkəti ASC-nin müflis elan olunmasına dair iyunun 23-də, saat 14:30-da məhkəmə baxışı keçiriləcək.
Eləcə də bax: "“Standard İnsurance"ın müştəriləri İcbari Sığorta Bürosuna - MÜRACİƏT ETMƏLİDİR"
FED.az bu barədə rəsmi mətbuata istinadən xəbər verir.
Məlumata görə, proses Bakı Kommersiya Məhkəməsində olacaq.
Xatırladaq ki, “Standard İnsurance”in lisenziyası mayın 19-da ləğv edilib. Qərar sığorta şirkətinin kapitalını tam itirməsi, cari fəaliyyətini etibarlı qaydada həyata keçirməməsi və istehlakçılarının hüquqlarının pozulmasına yol verməsi ilə izah olunub. Bundan sonra AMB maliyyə qurumu barədə iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.