Məlum olduğu kimi yaxın günlərdə “Standard Insurance” ASC-nin səhmdarlarının qərarı ilə Nijad Məmmədov şirkətin Direktorlar Şurasına yeni sədr təyin edilib. Bəs Nijad Məmmədov kimdir?
FED.az-ın maliyyə bazarındakı etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, N. Məmmədovun 63 yaşı var (10.11.1956), Bakı Dövlət Universitetini bitirib. Yeni təyinatından əvvəll N.Məmmədov uzun müddət “Standard Lizinq” şirkətinin direktoru, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri, ondan əvvəl isə Milli Depozit Mərkəzinə rəhbəri olub.
Qeyd edək ki, Direktorlar Şurası sədri Rəhman Babayevin adı siyahıdan götürülüb və yerinə Nijad Məmmədov təyin olunub.
Digər D.Ş üzvləri olan Oruc Heydərov və Emin Babayevin adı siyahıda yer almayıb.
İdarə Heyətində də daha bir şəxsin adı yeni siyahıda yer almayıb. Bu, İdarə Heyəti üzvü Rövşən Bayramovdur.
Xatırladaq ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyətə başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Şirkətin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna (Bağlanan “Bank Standard” QSC-nin səhmdarı) məxsusdur.
“Standard Insurance”ın yeni rəhbəri - KİMDİR?
10:35
23 Aprel 2019