"Standard İnsurance" Sığorta Şirkətinin səhmdarlarının 27.11.2017-ci il tarixli qərarı ilə İdarə Heyətinin tərkibində dəyişiklik olunub.
FED.az xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, sığorta şirkətinin idarə heyətinin sədri Kamran Bağırov və idarə heyəti sədrinin birinci müavini Emin Bünyadov işdən azad olunub. idarə heyətinin yeni sədri Anar Sadıxov, idarə heyəti sədrinin birinci müavini şirkətin Sığorta Hadisələri və Hüqüq Departamentinin direktoru Tural Əsgərov təyin edilib.
Qeyd edək ki, Anar Sadıxov 11 ildən artıq bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
fins.az