Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil, onların ümumilikdə ilkin satış qiyməti olan 1,5 milyon manatdan 5 % aşağı olmaqla, yəni 1,425 milyon manata təkrar (növbəlilik qaydasında) açıq hərraca çıxarılıb.
Bu barədə FED.az-a Şirkətin Ləğvetmə komissiyasından bildirilib.
Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 11 oktyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 1 %-i, yəni 14 min 250 manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
İlkin hərrac qiyməti AZN |
Təkrar hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56,6 м² |
1 500 000 |
1 425 000 |
14 250 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46,5м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52,7 м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114,7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/tekrar-herracin-kecirilmesine-dair
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.