Yanvarın 12-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.
Bu barədə FED.az-a qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 920 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 9200 manat beh kimi ödənilməlidir.
Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 2 milyon manat olub.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
920 000 (doqquz yüz iyirmi min) |
9 200 (doqquz min iki yüz) |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://birjanews.az/herrac-elanlar/115
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.