Son zamanlar yeni məhsulları ilə tez-tez gündəmə gələn “Standard Insurance” şirkəti “Leylək” adlı yeni məhsulunu təqdim edir.
FED.az xəbər verir ki, ana olmağa hazırlaşan xanımlar üçün nəzərdə tutulan məhsul sərfəli şərtlərlə doğuş xərclərini azaltmağa xidmət edəcək.
“Leylək”-dən sığorta paketi əldə edən müştəriyə sığorta müqaviləsində qeyd olunmuş tibb müəssisələrində sığorta müddəti ərzində bir dəfə qeysəriyyə və ya təbii doğuş keçirmək təminatı verilir. Sığortalı qeyd olunan tibb müəssisələrindən birini seçə bilər:
1. Leyla Medical Center
2. Mərkəzi Gömrük Hospitalı
3. Mərkəzi Klinika Xəstəxanası
4. German Hospital
5. Oksigen
6. Respublika Diaqnostika Mərkəzi
7. Baku Medical Plaza
Sığortanın müddəti 18 aydır. Sığorta haqqı 1444 AZN təşkil. Qeyd edək ki, sığorta haqqını tam və ya hissəli şəkildə ödəmək mümkündür. Sığorta haqqı maksimum 6 hissəyə bölünərək, hər ay bərabər hissələrlə ödənilə bilər. Sığorta müddəti ərzində doğuş olmadığı təqdirdə sığorta haqqının 30%-i müştəriyə geri qaytarılır. Təbii doğuş olduqda isə 300,00 AZN məbləğ müştəriyə geri ödənilir.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.