Azərbaycanın “Standard Insurance” Sığorta Şirkəti təkrarsığorta lisenziyasının ləğvi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. FED.az bu məsələ ilə bağlı Şirkətin İdarə Heyətinin sədri Anar Sadıxovun münasibətini öyrənib.
A.Sadıqov qeyd edib ki, təkrarsığorta lisenizyası olsa belə, hazırda şirkət təkrarsığorta risklərini qəbul etmir. A.Sadıqov həmçinin şirkət tərəfindən təkrarsığorta risklərinin qəbul edilməməsinin səbəbi barədə şərh vermək istəməyib.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ilin fevral ayından fəaliyyət göstərir.
“Standard Insurance” təkrarsığorta lisenziyasını ləğv etdirmək istəyir
09:42
16 Yan 2019