Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzilin ümumilikdə satış qiyməti 1.150.000 (bir milyon yüz əlli min) manat məbləğində müəyyənləşdirilmişdir.
Bu barədə FED.az-a Şirkətin Ləğvetmə komissiyasından bildirilib.
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 12 noyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 11.500 (on bir min beş yüz) manat məbləğində beh hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
1.150. 000 |
11.500 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
|||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/herracin-kecirilmesine-dair-elan-4
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladaq ki əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılmışdır.