Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rəsm əsərləri ilkin satış qiyməti olan 1500 manatdan 10% aşağı olmaqla, yəni 1350 (bir min üç yüz əlli) manata təkrar (II) açıq hərraca çıxarılmışdır. Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 21 sentyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
“Standard Insurance”nin ləğvetmə komissiyasından FED.az-a verilən məlumata görə, təkrar hərracda iştirak üçün hər bir rəsm əsəri üzrə 67.50 (altmış yeddi man.50 qəp.) manat məbləğində behi, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.
Hərrac predmetlərinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
S/S |
Barcode |
Əsas vəsaitlər |
Ölçü |
Hərrac dəyəri |
Təkrar Hərrac dəyəri |
Behin məbləği |
|
1 |
1800 |
Şəkil "Teiptix Dəniz mənzərəsi" |
Müseib Əmirov |
65x196-1-1 |
1500 |
1350 |
67.50 |
2 |
1801 |
Şəkil "Teiptix Dəniz mənzərəsi" |
Müseib Əmirov |
65x196-1-2 |
1500 |
1350 |
67.50 |
3 |
1802 |
Şəkil "Teiptix Dəniz mənzərəsi" |
Müseib Əmirov |
65x196-1-3 |
1500 |
1350 |
67.50 |
4 |
1805 |
Şəkil "Köhnə Bakı" |
Şübhan Məmmədov |
80x140 |
1500 |
1350 |
67.50 |
5 |
1817 |
Şəkil "Mənim Bakı" |
Sübhan Məmmədov |
60x100.5 |
1500 |
1350 |
67.50 |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://e-herrac.com/advertisement/dasinar-emlak/diger/tekrar-herracin-kecirilmesine-dair-elan-1
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.