Fəaliyyətində müştəri məmnuniyyətini hər zaman əsas götürən “Standard Insurance” müştərilərin sayının artmasını nəzərə alaraq iş keyfiyyətini daha da yüksəltmək məqsədilə “Multifunksional Məlumat Mərkəzi” yaradıb və həmin şöbəyə yeni işçilər cəlb edib.
Eləcə də bax: "Standart İnsurance" növbəti - İLKƏ İMZA ATIB
FED.az məlumat verir ki, müştəriyə lazım olan məlumatın ətraflı şəkildə ötürülməsi, digər şöbələrə yönləndirmə hallarının minimuma endirilməsi üçün “Standard Insurance”-ın “Multifunksional Məlumat Mərkəzi” operatorlarına məhsul və xidmətlərin əsas xüsusiyyətləri, düzgün ünsiyyət qaydaları ilə bağlı təlimlər keçirilib.
Müştəridə yarana biləcək sualları cavablandırmaq, telefon vasitəsi ilə müraciət və sifarişləri qəbul etmək, ortaya çıxan problemləri müştərinin şirkətə gəlməsi zərurəti olmadan həll etmək məqsədilə şirkətin (012) 930 nömrəli “Multifunksional Məlumat Mərkəzi” həftəiçi 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Bundan əlavə, “Standard Insurance”ın (012) 930 nömrəli Qaynar Xətt xidməti həftənin 7 günü 24 saat aktivdir. Daxil olan bütün məlumatlar yüksək ixtisaslı mütəxəssislər tərəfindən yoxlanılır və lazımi tədbirlər görülür.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.