Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan “Standard Insurance” ölkə başçısının koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çağırışına qoşulub.
Hansı şirkətlər Koronavirus Fonduna pul ayırıb - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, “Standard Insurance” SŞ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 AZN məbləğində vəsait köçürüb. Sözügedən fond koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılmışdır.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.