Daim yeniliklərə imza atan “Standard Insurance” kobrend kartlarını təqdim edib. “Rabitəbank”la əməkdaşlıq çərçivəsində istifadəyə verilən kobrend kartlar Azərbaycanda sığorta şirkəti ilə bank arasındakı irimiqyaslı əməkdaşlığın nümunəsidir.
Artıq müştərilər sığorta hadisəsi baş verən zaman ödənişi kart vasitəsilə almaq imkanı əldə edəcəklər.
Dünyanın qabaqcıl şirkətləri tərəfindən istifadə olunan kobrend kartları “Standard Insurance” müştərilərinə ödənişsiz təqdim olunur. Bu kartlar statistikanın daha operativ alınması və təhlili imkanı ilə də seçilir. Sığorta ödənişlərinin kart sisteminə keçirilməsi sığorta hadisələrinin tənzimlənməsini daha da sürətləndirəcək. Kobrend kartları AZN valyutası ilə açılır.
Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.