Azərbaycan sığorta bazarının qabaqcıl şirkətlərindən olan “Standard Insurance” 2020-ci ildə Kasko sığorta növü üzrə ilk iri həcmli sığorta ödənişini həyata keçirib.
FED.az xəbər verir ki, 12 dekabr 2019-cu il tarixində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar “Standard Insurance” şirkəti tərəfindən “BMW M5” markalı avtomobilə dəyən zərər müəyyənləşdirilib və şirkət tərəfindən 55 000 AZN həcmində ödəniş edilib.