ASC "Standard İnsurance" Sığorta Şirkəti 18 oktyabr Dövlət Müstəqilliyi günü və Şirkətin fəaliyyətə başlamasının 17-ci ildönümü münasibətilə veloyürüş təşkil edib.
FED.az xəbər verir ki, Ağ şəhərdən start götürən veloyürüşə Şirkət kollektivi ilə yanaşı əməkdaşlıq edilən təşkilatlar və həvəskar velosipedçilər də daxil olmaqla ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb.
Çay süfrəsi arxasında davam edən tədbirdə Qatar Airways, İnsure.az, Fins.az, Mayson Car Club, İnci şirkətlər qrupu və ArtPak MMC kimi əməkdaşlıq edilən müəssisələrin nümayəndələri də iştirak edib. İştirakçıların vaxtlarını xoş keçirmələri üçün voleybol, basketbol, şahmat və s. kimi oyunlar da təşkil edilib.
Məlumat üçün bildiririk ki, ASC "Standard Insurance" SŞ mütəmadi olaraq əməkdaşlıq etdiyi Şirkətlərlə və müəssisələrlə tədbirlər təşkil edir. Veloyürüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.