2024-cü ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% və ya 395,7 milyon manatdan çox artıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyarda yaxın olub
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 2,7 milyard manatdan çox təşkil edib.
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12% artıb və 148,7 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,5% artaraq 112,4 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-ci ilin müvfiq dövrünə nisbətən 8,1% artıb və 738,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,1% artaraq 524,9 milyon manat təşkil edib.