Azərbaycanda maliyyə qurumlarının göstəricilərinin açıqlanması layihəsi çərçivəsində FED.az bu dəfə həyat sığortası üzrə yığımlarda şirkətlərin bazar paylarını və paylar üzrə illik dinamikasını təqdim edir.
Aparılan araşdırmaya əsasən, cari ilin ilk 4 ayında həyat sığortası bazarında ən çox sığorta haqqı “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən toplanılıb. Bu şirkətin həyat sığorta üzrə məcmu yığımlarda payı 83,43% təşkil edir. Belə qənatə gəlmək olar ki, “PAŞA Həyat” bazarın təxminən 90%-nə nəzarət edir. Şirkətin ümumilikdə bazar payı göstəricisi çox olsa belə, illik artım dinamikasında bu rəqəm çox aşağıdır.
Araşdırmanın nəticəsindən məlum olub ki, son bir il ərzində bazardakı payını ən çox artıran “Xalq Həyat Sığorta” şirkəti olub. Şirkət həyat sığortası bazarındakı mövqeyini 91,38 faiz bəndi, ümumi bazar üzrə isə təxminən iki dəfə gücləndirib.
Qeyd edək ki, cari ilin yanvar-aprel ayında ölkədə fəaliyyət göstərən 5 həyat sığortası şirkəti tərəfindən ümumilikdə 134,305 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
*Göstəricilər 2021-ci ilin yanvar-aprel (müqayisə: 2020-ci ilin yanvar-aprel ayları) aylarını əhatə edir.
Şirkətlər |
Sığorta haqları (yanvar aprel 2021) |
Bazar payı (Həyat sığortası üzrə) |
Bazar payı (Məcmu yığımlar üzrə) |
Bazar payının illik dinamikası (həyat sığortası üzrə) |
Bazar payının illik dinamikası (Məcmu yığımlar üzrə) |
PAŞA Həyat |
112,050 mln.AZN |
83,43% |
33,04% |
0,81 faiz bəndi artıb |
7,45 faiz bəndi artıb |
Atəşgah Həyat |
15,485 mln.AZN |
11,51% |
4,57% |
14,30 faiz bəndi azalıb |
8,42 faiz bəndi azalıb |
Qala Həyat |
5,132 mln. AZN |
3,82% |
1,51% |
31,27 faiz bəndi artıb |
25,83 faiz bəndi artıb |
Xalq Həyat |
1,491 mln. AZN |
1,11% |
0,44% |
91,38 fazi bəndi artıb |
100 faiz bəndi artıb |
Meqa Həyat |
0,147 mln. AZN |
0,11% |
0,04% |
Lisenziyası olmayıb |
Lisenziyası olmayıb |
Elnur Hüseynquluyev
FED.az MMC
Direktor, Baş Redaktor