"Sığorta sektoru son 5 ildə hər il 11 % artaraq inkişaf edib"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta Fəaliyyətinə Nəzarət Departamentinin Direktoru Vüsal Qurbanov deyib.
V.Qurbanov bildirib ki, sığorta sektoru 2017-ci ildən indiyə kimi hər il artan tempdə inkişaf edib:
"Həyat sığortası 2 dəfəyə yaxın artaraq illik 16 %, qeyri - həyat sığortası isə illik 6 % artım müşahidə edilib".