Ötən ilin 8 ayı ilə müqayisədə bu ilin həmin dövründə 22 sığorta şirkətindən 12-nin yığımlarının dinamikasında azalma müşahidə olunub.
FED.az xəbər verir ki, məbləğ üzrə ən çox azalma “PAŞA Həyatda” olub, 44 milyon 829 min manat. Siyahıda 2-ci və 3-cü yerləi isə “AXAMBASK” və “Atəşgah Həyat” tutub.
Eləcə də bax: 22 sığorta şirkətindən 10-nu artım nümayiş etdirib - SİYAHI - GÖSTƏRİCİLƏR
“AXAMBASK”da azalma 11 milyon 695 min manat(12,7 dəfə) , “Atəşgah Həyat” isə 1 milyon 406 min manat(29,36%) təşkil edib.
Faiz üzrə müqayisədə isə son bir ildə ən çox azalma dinamikası “AXAMBASK” 12,7 dəfə, “Azərbaycan Sənaye Sığorta”da 38,24% və “Atəşgah Həyat”da 29,36% olub.
Faiz üzrə və məbləğ üzrə də ən aşağı azalma “Günay Sığorta”da müşahidə edilib . Faiz üzrə 2,55%, məbləğ üzrə isə 112,85 min manat.
Qeyd edək ki, ümumilikdə son bir ildə sığorta yığımlarında 9,12% və ya 47 milyon 124 min manat azalma olub.
Sığorta şirkəti |
Sığorta haqlarının dinamikası məbləğdə min manatla |
“Günay Sığorta”ASC |
-112,85 |
“Atəşgah” Sığorta ASC |
-795,75 |
“Standard Insurance”ASC |
-964,28 |
“Qala Həyat” ASC |
-1 172,76 |
“AZSIĞORTA”ASC |
-2 132,26 |
“AtaSığorta”ASC |
-2 381,04 |
“Sənaye Sığorta”ASC |
-2 585,79 |
“Meqa Sığorta”ASC |
-3 484,00 |
“Atəşgah Həyat”ASC |
-10 406,29 |
“AXA MBASK” Sığorta ASC |
-11 695,13 |
“Paşa Həyat Sığorta”ASC |
-44 829,08 |
YEKUN |
-47 124,38 |
Sığorta şirkəti |
Sığorta haqlarının dinamikası faizlə |
“Günay Sığorta”ASC |
-2,55% |
“Atəşgah” Sığorta ASC |
-3,01% |
“Standard Insurance”ASC |
-10,05% |
“Qala Həyat” ASC |
-10,80% |
“AtaSığorta”ASC |
-16,17% |
“Meqa Sığorta”ASC |
-17,26% |
“AZSIĞORTA”ASC |
-17,87% |
“Paşa Həyat Sığorta”ASC |
-23,17% |
“Atəşgah Həyat”ASC |
-29,36% |
“Azərbaycan Sənaye Sığorta”ASC |
-38,24% |
“AXA MBASK” ASC |
12,7 dəfə azalma |
YEKUN |
-9,12% |