Ötən il özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrinə göndəriş əsasında sığortaolunanlara 4955 müraciət üzrə ümumilikdə 15078 sayda tibbi xidmət göstərilib.
Eləcə də bax: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi - İLLİK HESABATINI AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında yer alıb.
Hesabatda qeyd olunub ki, göstərilmiş xidmətlərin ümumi dəyəri 4093,16 min manat təşkil edib. Həmin məbləğin 63,18 %-i ürək-damar cərrahiyyəsi, 7,24 %-i neyrocərrahiyyə, 1,07 %-i travmatologiya, 7,75 % -i urologiya, 13,69 %-i oftalmologiya, 0,60 %-i ginekologiya/doğuş, 2,15%-i ümumi cərrahiyyə və 4,32 % i digər sahələr üzrədir.
Qeyd olunub ki, sözügedən xidmətlər Agentliklə müqavilə əsasında bir sıra özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələri tərəfindən göstərilib.