Hər zaman müştərilərinin rahatlığını təmin etmək üçün yeniliklərə imza atan “Atəşgah” Sığorta Şirkəti bu dəfə də vətəndaşlara sığorta məhsullarını hissəli şəkildə əldə etmək üçün daha bir imkan təklif edir.
Belə ki, hər bir “TamKart” taksit kartı sahibi www.ateshgah.com və www.ateshgah-life.com saytı üzərindən “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin təklif etdiyi sığorta məhsullarını hissəli şəkildə əldə edə, mövcud sığorta ödənişlərini isə aylara bölərək həyata keçirə bilər!
FED.az xəbər verir ki, KASKO sığorta məhsulu üzrə ödəniş etmək istəyən müştərilər bu növ üzrə ödənişlərini 2 aydan 12 ayadək, əldə etdikləri digər könüllü sığorta növləri üzrə ödənişləri isə (“Kasko Bölgəm”, “Antikoronavirus”, “Sarı”, “Narıncı”, “Al”, “Arxayın qonşu” və s.) 2 və ya 3 aylıq hissələrə bölə bilərlər.
Şirkətin təqdim etdiyi bütün sığorta məhsulları haqqında ətraflı məlumatla www.ateshgah.com və www.ateshgah-life.com saytına daxil olaraq tanış ola bilərsiniz.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.