Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ASA-da fəaliyyət göstərən komitələrin sədrləri ilə görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər əməkdaşları iştirak edib.
FED.az xəbər verir ki, görüş zamanı komitələrin fəaliyyəti, burada müzakirə olunmuş məsələlər, cari müzakirələr və əldə edilən nəticələr haqqında məlumat verilib. Həmçinin, komitələrin statusunun artırılması və fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, komitə çərçivəsində qəbul edilən qərarlara dair müraciətlərin birbaşa olaraq müvafiq orqanlara ünvanlanması məsələsi müzakirə predmeti olub.
Görüşdə ASA-nın sədri qeyd edib ki, komitələrin fəaliyyətindən gözləntilər çoxdur və bunun üçün ASA tərəfindən hər cür dəstək təmin ediləcəkdir. Bunun üçün birliyə komitələrlə işləmək üçün xüsusi əməkdaş da işə cəlb edilibdir.
Qeyd edək ki, bir müddət öncə ASA-nın nəzdində fəaliyyət göstərən hər 3 komitənin yeni sədrləri və üzvləri formalaşdırılmışdır. Hüquq komitəsinin sədri “Atəşgah Sığorta” ASC-nin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılov, Həyat komitəsinin sədri “Paşa Həyat Sığorta” ASC-nin Risklərin İdarəedilməsi Departamentinin müdiri Fərid Abdullayev və Qeyri-həyat komitəsinin sədri “Paşa Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin meneceri Fərid Hidayətovdur.
Sığorta komitələrinə sədrlər seçildi - TOPLANTI
17:03
18 Aprel 2018