Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Eləcə də bax: İşsizlikdən sığorta ödənişi alan şəxslərin - Əhatə Dairəsi Genişləndirilir
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, qanuna əsasən, sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla, maddi yardımdan məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.
Başqa sözlə, sığortaedənin öz işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.