Azərbaycanda sığorta hadisəsi zamanı qiymətləndirmə prosesi ilə bağlı mühüm yenilik başlayıb.
Bu barədə FED.az-a müsahibəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib.
V.Məsiyev bildirib ki, sığorta hadisəsi baş verdikdə əmlaka dəymiş ziyanın qiymətləndirilməsi zamanı narazılıq yarandıqda vətəndaşlar İcbari Sığorta Bürosunun sisteminə daxil olaraq elektron xidmət vasitəsilə müstəqil ekspert seçimini edə biləcəklər.
Eyni qayda zərərin qiymətləndiriməsinin gecikməsində də tətbiq olunacaq. Belə ki, sığorta şirkəti 7 iş günü ərzində əmlaka dəymiş zərərin qiymətləndirilməsini təmin etmədikdə vətəndaşlar İSB-nin sistemindən elektron xidmət vasitəsilə müstəqil ekspert seçə biləcəklər.