Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun son görüşü keçirilib.
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, sahə üzrə ekspertlər iştirak etdi. “Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsi yenidən müzakirəyə çıxarılıb və tərəflər öz mövqelərini bildirdilər.
Sığortaçılar tərəfindən təklif edilən əlavə və dəyişikliklər nəzərdən keçirilib və yekun təkliflərin Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilməsi qərara alınıb.
Xatırladaq ki, 16 fevral tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasında “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar İşçi Qrupu formalaşdırılmışdır. İşçi qrupunun tərkibi sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlər ibarət olmuş və indiyə qədər İşçi Qrupunun üç görüşü keçirilmişdir.