Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
ELƏCƏ DƏ BAX : Azərbaycanda sığorta şirkəti nizamnamə kapitalını 1,6 mln. manat artırır
Palatadan bildirilib ki, nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 5 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. Attestasiyada 6 sığortaçı iştirak edib.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.