Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Palatanın mətbuat xidmətindən FED.az-a bildirilib ki, 3 sığortaçı attestasiyadan keçib.
Eləcə də bax:Sığorta şirkətləri avtoservislərlə necə əlbir olublar?
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
ATTESTASIYA NƏTİCƏLƏRİ - SİYAHI