Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün 24 avqustda keçirilən attestasiyanın nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, MBNP-nın açıqladığı nəticələrə əsasən attestasiyada iştirak edən 6 namizəddən 4-ü keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyadan keçən şəxslər bunlardır:
- Tahirov Zamin Nizami oğlu – 92 bal
- Abbasova Nərminə Sahib qızı – 92 bal
- Əliyev Elmir Bayram oğlu – 90 bal
- Abbasov Vüsal Aydın oğlu – 86 bal
Atestasiyada iştirak edən Novruzov Rafael İlqar oğlu isə 67 bal toplasa da, attestasiyadan keçməyib.