Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasın (MBNP) istinadən xəbər verir ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
Siyahıya buradan baxa bilərsiniz.
Sığortaçılar üçün attestasiya keçiriləcək
13:11
23 Noy 2018