Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib. FED.az xəbər verir ki, görüşdə “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə baxılıb.
Layihələrdə sığortaçılar üçün əhəmiyyətli hesab olunan məqamlar vurğulanıb, eləcə də, buradakı mübahisəli məsələlərlə bağlı əlavə və dəyişiklik təklif edilib. “Sığorta vasitəçilərinin peşəkar davranış qaydaları” və “Sığortaçı və sığorta brokerlərində istehlakçıların şikayətlərinə baxılmasına dair təlimat” layihələrinə Hüquq komitəsi tərəfindən verilmiş rəyin Birlik adından müvafiq orqana göndərilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Birliyin Hüquq komitəsi “Atəşgah Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Paşa Həyat Sığorta” ASC, “AzRe Təkrarsığorta” ASC, “Qala Həyat Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AtaSığorta” ASC və “AzSığorta” ASC-nin nümayəndələrindən ibarətdir.
Sığortaçılar "İstehlakçıların şikayətlərinə baxılmasına dair təlimat"ı hazırladılar
17:04
31 May 2018