Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyində dəyişiklik var.
FED.az xəbər verir ki, ASA-nın sədr müavini Elsevər Tanrıverdiyev vəzifəsini tərk edib.
Eləcə də bax: İqtisadiyyat nazirinə yeni müavin - TƏYİN OLUNDU
Məlumatı FED.az-a təsdiqləyən E.Tanrıverdiyev hazırda müstəqil ekspert kimi fəaliyyət göstərdiyini bildirib.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan E.Tanrverdiyev Anadolu Universitetini və Bakı Dövlət Universitetini bitirib. Müxtəlif sahələrdə, o cümlədən sığorta şirkətlərində baş hüquqşünas vəzifələrində çalışıb. 2018-ci ilin dekabr ayından etibarən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin Sədr müavini idi.