Azərbaycanda yanvar-aprrel aylarında toplanan sığorta haqlarının 78,5%i 5 sığortpa şirkətinin payüına düşür.
Eləcə də bax: Sığorta ödəniş/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-APREL 2020)
FED.az xəbər verir ki, bunlar «Paşa Həyat» (95,7 milyon), «Paşa Sığorta» (83,4 milyon), «Azərsığorta» (37,2 milyon), «Atəşgah həyat» (15,5 milyon) və «Qala sığorta»dır (12,4 milyon manat). İlk 4 ayda toplanan 331,4 milyon manat sığorta haqqının 244,3 milyüon manatı bu şirkətlərin payına düşür. «Paşa holdinq»ə daxil olan il kiki şirkət isə 180 milyon manat və ya ölkədəki bütün sığorta haqlarının 58%-ni toplayıb.
Ən az sığorta haqqı toplayan şirkətlər isə, fəaliyyətini dayandırmağa hazırlaşan «AXA Mbask»ı (5 min manat) nəzərə almasaq, «Naxçıvansığorta» (336 min), «Bakı sığorta» (448 min) və «Xalq Həyat»dır (672 min manat).
Son 5 yeri tutan şirkətin ümumi yığımlarda payı cəmi 0,7% təşkil edib.