Bu ilin 2 ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımlarında artım baş verən şirkət 2,1 dəfə və ya 9,9 milyon manatla "Qala Sığorta" şirkəti olub.
İkinci pillədə 96,5% və ya 1,3 milyon manat artımla “Meqa Həyat” Sığorta Şirkəti gəlir.
Yığımlarında "Xalq Sığorta" ASC 60,4% (2 milyon manat) artımla üçüncü olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 34,7%, başqa sözlə 4,3 milyon manat artıb.
“Qala Həyat Sığorta” ASC-nin yığımlarında 26,8% (1 milyon manat) artım baş verib.