Bu ilin ilk ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımlarında ən kəskin artan şirkət 3,3 dəfə və ya 2,6milyon manatla "Xalq Sığorta" şirkəti olub.
İkinci pillədə 2,5 dəfə və ya 3,3 milyon manat artımla “Qala Sığorta Şirkəti şirkəti gəlir.
“Meqa Həyat” Sığorta Şirkətinin yığımları 2,3 dəfə, başqa sözlə 765 min manat artıb.
“A-qrup Sığorta” ASC-nin yığımlarında 98% (1 milyon manat) artım baş verib.
"Atəşgah Həyat Sığorta" ASC 59% (3 milyon manat) artımla beşinci olub.
Ötən il ümumilikdə 16 sığorta şirkətinin 14-nün yığımlarında artım baş verib.