Bu ilin 6 ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ümumilikdə Azərbaycanın sığorta bazarı 91,9 milyon manat və ya 18% böyüyüb.
Ən çox sığrota yığımlarında artım baş verən şirkət 83,1% və ya 3,6 milyon manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 31,5% və ya 3,4 milyon manat artımla "Xalq” Sığorta Şirkəti gəlir.
Yığımlarında "Qala Həyat Sığorta" ASC 27,6%, başqa sözlə 12,4 milyon manat artımla üçüncü olub.
“Azərbaycan Sənaye” Sığorta Şirkətinin yığımları 24,7% başqa sözlə 3,3 milyon manat artıb.
“Qala Həyat Sığorta” ASC-nin yığımlarında 21,6% (2,4 milyon manat) artım baş verib.