Son bir ildə sığorta yığımları sürətlə artan şirkətlər məlum olub. FED.az xəbər verir ki, son bir ildə ən sürətli dinamika ilə sığorta yığımı artan “Xalq Sığota” şirkəti olub. Belə ki, şirkətin yığımları 3,4 dəfə və ya 13 milyon 743 min manat artaraq 19 milyon 436 min manat təşkil edib.
Qeyd edilən dövrdə yığımları sürətlə artaq ikinci sığorta şirkəti “Naxçıvansığorta” olub. Şirkətin yığımları 2 dəfə və ya 207 min manat artaraq 403,6 min manat təşkil edib.
Eləcə də bax:Ən az sığorta haqqı toplayan - ŞİRKƏTLƏR - SİYAHI
Faiz artımı ilə son bir ildə ən çox artım göstərən digər bir sığorta şirkəti isə “Rəvan Sığorta”dır. Belə ki, şirkətin yığımları 66,6% artaraq 2 milyon 064 min manat təşkil edib.
Siyahının 4-cü pilləsində faiz artımın sürətli dinamikasına görə, “Qala Sığorta” şirkəti qəraralaşıb. Şirkətin yığımları son bir ildə 56,3% artaraq 18 milyon 205 min manat təşkil edib.
TOP-5 likdə isə siyahının 5-ci pilləsində “A-Qroup Sığorta” şirkəti qərarlaşıb. Şirkətin yığımları 29,4% və ya 1 milyon 382 min manat artaraq 6 milyon 079 min manat təşkil edib.