Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) 2019-cu ilin yanvar-fevral ayları üzrə Azərbaycanın sığorta şirkətlərinin göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, ötən ilin ilk ikiı ilə müqayisədə sığorta şirkətlərinin yarıdan çoxunda - 11-də yığımlar azalıb, 10 şirkətin yığımları isə artıb.
İlk iki ayda ən böyük artım “Xalq Sığorta” ASC-də müşahidə olunub. Bazarda aqresiv siyasətilə diqqəti cəlb edən şirkət yığımlarını 3,6 dəfə artıraraq iki ay ərzində 3,7 milyon manat toplaya bilib. Artım sürətinə görə sonrakı yeri “Rəvan Sığorta” ASC tutur. Bu şirkət yığımlarını 2,1 dəfə yüksəldə bilib. Yeri gəlmişkən, bir qədər əvvəl «Rəvan Sığorta» ASC uzun müddətdən sonra ilk filialını da işə salıb.
İri artımlar baxımından diqqəti çəkən göstəricilər «Atəşgah» və «Qala Sığorta» şirkətlərində baş verib – müvafiq olaraq 55% və 53%. «Atasığorta» isə yığımlarını 40%-dən çox artırmağa nail olub.
«Paşa Sığorta» isə yığımları 17,2% artırıb.
Eləcə də bax: Sığorta şirkətləri 2018-ci ildə nə qədər qazanıb - MƏNFƏƏT/ZƏRƏR – YENİLƏNİR
Bu il ən böyük azalma “AXA MBASK”da baş verib. Azərbaycanda fəaliyyətini yekunlaşdırmağa hazırlaşan və yeni müqavilələrin yazılmasını dayandıran şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə azalaraq 4,2 milyon manatdan 913 min manata düşüb. «Günay Sığorta»nın yığımlarında 2,4 dəfə, «Sənaye Sığorta»nın yığımlarında isə 2,3 dəfə azalma olub.
Eləcə də bax: Sığorta şirkətləri 2018-ci ildə nə qədər qazanıb - MƏNFƏƏT/ZƏRƏR – YENİLƏNİR