Azərbaycanda sığorta şirkətlərinin səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclasları ilə bağlı tələb dəyişə bilər.
Sığorta şirkətinə rəhbər təyin edilməsi - QAYDASI DƏYİŞİR - YENİ QANUN
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Gözlənilən dəyişiklik ondan ibarətdir ki, sığorta şirkətlərinin Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə çağırılmalıdır. Bununla yanaşı, növbədənkənar ümumi yığıncaq səhmlərin ən azı on faizinə malik olan səhmdarların, İdarə Heyətinin və Audit Komitəsinin tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır.
“Sığorta fəaliyyəti haqqında” qanunun hazırki 27.3 maddəsinə əsasən isə bu yığıncaq Təftiş Komissiyasının tələbi ilə Direktorlar Şurası tərəfindən çağırılır. (Apa)