Linkedin sosial şəbəkəsi - işgüzar əlaqələrin qurulması və professional peşələrin insanları üçün hazırlanmış sosial şəbəkələrdən biridir. Bu sosial şəbəkədə dünyanın 200-dən artıq ölkəsindən 300 milyondan çox istifadəçi qeydiyyatdan keçmişdir.
Linkedin vasitəsi ilə müxtəlif peşə sahibləri öz profillərini yaradır, təhsilləri və professional karyera tarixçələri, əldə etdikləri sertifikat, mükafatlar və s. müvəffəqiyyətlərini paylaşır. LinkedIn müxtəlif hədəflər üçün istifadə edilir: peşəkar əlaqələrin genişləndirilməsi, şirkətlər, insanlar, maraqlar üzrə qrupların yaradılması, peşəkar məqalələrin dərc edilməsi, iş və işçi axtarışı, aid olduğu sahəyə uyğun peşəkar məsləhətlərin verilməsi, işgüzar səfərlər, konfranslar, oxunmuş kitablar haqqında informasiyanın paylaşılması və s.
Azərbaycanda linkedin istifadəçilərinin ümumi sayı təqribən 600 min nəfər təşkil edir.
FED.az biznes maliyyə poirtalı Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin linkedin səhifələrini araşdırıb və izləyici sayına görə şirkətlərin renkinqini tərtib edib. Araşdırmamız göstərir ki, Azərbaycanda mövcud olan 20 sığorta şirkətinin dördündə ümumiyyətlə Linkedin səhifəsi mövcud deyil.
İzləyici sayı 1000 nəfərdən çox olan şirkətlərin ilk beşliyinə "Paşa Həyat Sığorta", "PAŞA Sığorta", "Atəşgah Sığorta", "Xalq Sığorta" və "Meqa Həyat" sığorta şirkətləri daxildir. Bu şirkətlər linkedin səhifələrinin izləyici sayının çoxluğu ilə yanaşı sözügedən sosial səhifədə öz aktivliyi ilə də seçilirlər.
FED.az oxuculara sığorta şirkətlərinin linkedin səhifələri üzrə izləyici sayına görə ümumi renkinqini təqdim edir:
Sığorta şirkətləri |
İzləyici sayı |
Şirkətin Linkedin səhifəsi |
Paşa Həyat Sığorta |
26 766 |
|
Paşa Sığorta |
17 654 |
|
Atəşgah Sığorta Qrupu |
3 651 |
|
Xalq Sığorta |
2 316 |
|
Meqa Həyat |
1 524 |
|
Azərbaycan Sənaye Sığorta |
656 |
https://www.linkedin.com/company/azerbaijan-industrial-insurance-company/ |
Azərsığorta |
550 |
|
AzSığorta |
452 |
|
Meqa Sığorta |
426 |
|
Qala Sığorta |
328 |
https://www.linkedin.com/company/qala-s%C4%B1%C4%9Forta-asc/ |
A-Qroup Sığorta Şirkəti |
317 |
|
Bakı Sığorta |
266 |
|
Günay Sığorta |
215 |
|
Qala Həyat |
190 |
|
Xalq Həyat |
158 |
|
Ata Sığorta |
- |
- |
İpək Yolu Sığorta |
- |
- |
Aqrar Sığorta Şirkəti |
- |
- |
Naxçıvan Sığorta |
- |
- |