Bundan sonra avtomobillərin sığortası və qəzalar zamanı zərər qiymətləndirən müstəqil ekspertlər yeni üsulla seçiləcək.
FED.az xəbər verir ki, bu barədə sığorta maarifləndirməsi ilə bağlı keçirilən tədbirdə Mərkəzi Bankın sığorta nəzarəti xidmətinin rəhbəri Vüsal Qurbanov bildirib.
Onun sözlərinə görə, müştərilərin inamını bərpa etmək və mənfi halların arışısını almaq üçün icbari sığortada zərəri qiymətlənirəcək müstəqil ekspertlərin random üsulu ilə seçilməsi nəzərdə tutulur.
Bu yenilik ciddi problemi həll etəklə yanaşı, həm də ümumilikdə sığortaya inamı artırmalıdır. İndiyədək sığorta hadisəsi baş verəndə həm sığorta hirkəti həm də müştəri öz ekspertini cəlb edə bilərdi və bu da zərərin məbləği ilə bağlı fikir ayrılığı yaradırdı.
Ekspetrlərin avtomatik seçilməsi isə vəziyyəti dəyişcək. «Vətəndaş bilməlidir ki, mənim hadisəmi dəyərləndirən ekspert müstəqil şəkildə seçilib, yəni onu sığorta şirkəti təyin etməyib və o obyektiv olacaq»-deyə Vüsal Qurbanov bildirib.
Bundan başqa, sığorta mübahisələrinin məhkəməyə qədər araşırılması üçün yeni qurumun yaradılması nəzərdə tutulur. V.Qurbanov bu qurumun adını açıqlamayıb, amma onun Sığorta Ombudsmanı kimi fəaliyyət göstərəcəyi gözlənilir.