Azərbaycanda maliyyə qurumlarının göstəricilərinin açıqlanması layihəsi çərçivəsində FED.az biznes xəbər portalı sığorta şirkətlərinin 2024-cü il ərzində bazar paylarının dinamikası üzrə göstəricini təqdim edir.
Aparılmış təhlil nəticəsində məlum olub ki, əvvəlki (2023) illə müqayisədə 2024-cü ildə bazar payını daha çox artıran, bazarda aktivliyi ilə seçilən “Atəşgah Sığorta” şirkəti olub. Şirkət tərtib olunan renkinq cədvəlində ilk yerdə qərarlaşaraq liderlik mövqeyi nümayiş etdirib.
Bazar payı bölgüsünə görə göründüyü kimi növbəti yerləri "Paşa Həyat" və "Atəşgah Həyat Sığorta" şirkətləri tutub. Bazar payı indeksinə görə şirkətlər müvafiq olaraq 1,60 və 0,86 faiz bəndi ilə ilk 3-də qərarlaşıblar.
Bazar paylarında geriləyən şirkətlər isə cədvəlin 8-16-sı sırasında əks olunub.
Qeyd edək ki, göstəricilər 2025-ci ilin 01 yanvar tarixinə olan vəziyyəti əks etdirir
s/n |
Sığorta şirkətləri |
Bazar payı (yanvar-dekabr 2024) |
Bazar payı (yanvar-dekabr 2023) |
Dinamika (faiz bəndi) |
1 |
Atəşgah Sığorta |
5,65% |
3,67% |
1,98 |
2 |
Paşa Həyat Sığorta |
43,93% |
42,33% |
1,60 |
3 |
Atəşgah Həyat Sığorta |
6,72% |
5,86% |
0,86 |
4 |
Qala Sığorta |
5,86% |
5,26% |
0,60 |
5 |
Meqa Həyat Sığorta |
0,86% |
0,40% |
0,46 |
6 |
Azərbaycan Sənaye Sığorta |
1,84% |
1,63% |
0,21 |
7 |
Xalq Həyat Sığorta |
0,84% |
0,82% |
0,02 |
8 |
AtaSığorta |
0,77% |
0,79% |
-0,02 |
9 |
AzSığorta |
0,67% |
0,69% |
-0,02 |
10 |
Meqa Sığorta |
2,68% |
2,77% |
-0,09 |
11 |
Xalq Sığorta |
1,83% |
1,97% |
-0,14 |
12 |
Qala Həyat Sığorta |
1,90% |
2,07% |
-0,17 |
13 |
Aqrar Sığorta |
1,04% |
1,37% |
-0,33 |
14 |
A-Qroup Sığorta |
1,38% |
1,73% |
-0,35 |
15 |
Paşa Sığorta |
23,47% |
23,97% |
-0,50 |
16 |
İpək Yolu Sığorta |
0,46% |
1,35% |
-0,89 |