Bildiyimiz kimi hazırda biznesin bütün sahələrində qadın idarəçilərinin sayı artmaqdadır. Sığorta sahəsində cəmi iki xanım idarə heyətinin sədri vəzifəsini icra etsə də, bu sayın artacağına şübhəmiz yoxdur. Rəhbər xanımları daha yaxından tanıyaq:
Sığorta şirkətini idarə edən xanımlardan biri "Paşa Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovadır.
Ülviyyə Cabbarova 2010-cu ildə "Paşa Holding"də keyfiyyətə nəzarət sistemi üzrə menecer vəzifəsinə təyin edilib, 2011-ci ilin martında isə "Paşa Holding"in qərarı ilə "Paşa Sığorta"nın əməliyyat blokunun İdarə Heyətinin sədr müavini və rəhbəri seçilib.
2012-ci ildən İdarə Heyətinin sədri vəzifəsini icra edir.
Digər CEO xanım isə “Meqa Sığorta”nın İdarə Heyətinin sədri Sevinc Gülmalıyevadır.
Sığorta sahəsi üzrə ixtisaslaşmış Çarter Sığorta Universitetinin (Böyük Britaniya) məzunu olan Gülmaliyeva Sevinc Tofiq qızı sığorta sahəsi üzrə 14 illik təcrübəyə malikdir. Bu sahədə Azərbaycandakı təcrübəsindən başqa o, Rusiya və İngiltərədə fəaliyyət göstərən beynalxalq sığorta-broker şirkətlərində də uzun illər çalışıb. Məlumat üçün bildirək ki, S. Gülmalıyeva 1 ilə yaxındır ki, “Meqa Sığorta” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2014-cü ildən “Meqa Sığorta”nın İdarə Heyətinin sədri vəzifəsini icra edir.