Bu ilin yanvar-fevral ayları üzrə Azərbaycanda sığorta bazarı 281,2 milyon manat təşkil edib. Şirkətlər buna qarşılıq müştərilərinə 108,6 milyon manat sığorta ödənişi ediblər.
FED.az xəbər verir ki, sığorta növlərində cəmi zərərlilik 39% təşkil edib.
3 sığorta növü sığorta şirkətlərinə sərf etməyib. Həmin sığorta növlərində şirkətlər topladıqları sığorta haqqlarının 50%-dən çoxunu zərərçəkmiş müştərilərinə ödəyib:
Sığorta növləri |
Ödəniş |
Yığım |
Zərərlilik |
sərnişinlərin icbari fərdi qəza sığortası (könüllü) |
47 |
18 |
258% |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası |
19,830 |
25,070 |
79% |
həyatın yaşam sığortası (könüllü) |
68,922 |
103,640 |
67% |
Ümumi olaraq ən aşağı zərərlilik aşağıdakı sığorta növlərində qeydə alınıb:
Sığorta növləri |
Ödəniş |
Yığım |
Zərərlilik |
həyatın ölüm halından sığortası (könüllü) |
502 |
5,288 |
9% |
xaricə səfər edən vətəndaşların sığortası (könüllü) |
53 |
671 |
8% |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta |
684 |
16,415 |
4% |
daşınmaz əmlakın icbari sığortası |
667 |
19,478 |
3% |
kreditlərin sığortası (könüllü) |
14 |
1,098 |
1% |
əmlakın yanğından və digər risklərdən sığortası (könüllü) |
163 |
12,398 |
1% |
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (icbari) |
6 |
636 |
1% |
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası |
1 |
130 |
1% |
fərdi qəza və xəstəlik sığortası (könüllü) |
6 |
1,073 |
1% |
ümumi mülki məsuliyyətin sığortası (könüllü) |
10 |
1,973 |
0% |
peşə məsuliyyətinin sığortası (könüllü) |
2 |
1,167 |
0% |
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb. Həmin sığorta növlərində zərərlilik 0% olub.
Sığorta ödənişi edilməyən sığorta siniflərin üzrə toplanmış məbləğlər aşağıdakı kimidir:
Sığorta növləri |
Ödəniş |
Yığım |
Zərərlilik |
yüklərin (nəqliyyat) sığortası (könüllü) |
- |
809 |
0% |
su nəqliyyat vasitələrinin sığortası (könüllü) |
- |
2,292 |
0% |
dəmiryol nəqliyyatı vasitələrinin sığortası (könüllü) |
- |
8 |
0% |
- işçilərin dələduzluğu sığortası (könüllü) |
- |
86 |
0% |
işəgötürənin məsuliyyət sığortası (könüllü) |
- |
99 |
0% |
yük daşıyanın mülki məsuliyyətinin sığortası (könüllü) |
- |
1 |
0% |
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (könüllü) |
- |
3 |
0% |
mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası (könüllü) |
- |
148 |
0% |
işin dayanması ilə bağlı risklərdən sığorta (könüllü) |
- |
1 |
0% |
digər icbari sığorta növləri |
- |
6 |
0% |