Avtomobillərin icbari sığortası üzrə yığımlar kəskin artıb, zərərlilik aşağı düşüb.
- Sığorta şirkətlərinin ödəniş-yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-OKTYABR, 2023)
- Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2023)
Yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil sahiblərinin məsuliyyətimnin icbari sığortası – avtomobillərin icbari sığortası çərçivəsində 135 milyon 79 min manat həcmində sığorta haqqı toplanıb.
FED.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən məlumat verir ki, bu sığorta növü üzrə 87 milyon 455 min manatlıq ödəniş edilib.
Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı sığorta yığımları 91 milyon 073 min manat, bu sığorta növü üzrə ödənişlər isə 75 milyon 540 min manat olmuşdu.
Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin icbari sığortası üzrə yığımlar 44 milyon manat və ya 48% artıb, ödənişlər isə 12 milyon manat və ya 16% artıb.
Yığımların kəskin artması səbəbindən bu sığorta üzrə zərərlilik də kəskin aşağı düşüb.
Belə ki, ötən il avtomobillərin icbari sığortası üzrə zərərlilik 83% təşkil edirdisə, hazırda bu göstərici 64%-ə düşüb.