Azərbaycan sığotrta şirkətləri Mərkəzi Banka həyatın yığım sığortası üzrə vergi güzəştlərini təkrar nəzərdən keçirmək təklifi ilə müraciət ediblər.
Eləcə də bax: Azərbaycanda həyat sığortası növlərinə - MARAQ ARTIB
FED.az xəbər verir ki, bu barədə “Atəşgah Sığorta” şirkətinin idarə heyətinin üzvü Tahir Kazımov bəyan edib.
“Biz bütövlükdə, həyatın yığım sığortası üzrə proqnozlara müsbət baxırıq. Birincisi, məhsula maraq depozitlər üzrə faiz dərəcələrinin tədricən azalması ilə qorunur, bu da yığım sığortasını daha cəlbedici edir. İkincisi, sığorta şirkətləri bu məhsula marağın artırılması məqsədilə vergi güzəştlərinin təkrar nəzərdən keçirilməsi təklifi ilə tənzimləyiciyə müraciət ediblər”, - Kazımov məlumat verib.
Eyni zamanda, “Atəşgah Həyat” şirkətinin həyat sığortası idarəsinin rəhbəri Şəfəq Hüseynovanın qeyd etdiyi kimi, həyatın yığım sığortası üzrə haqqların artırılmasına əhalinin bu məhsula diqqətinin artımı vasitəsilə də nail olmaq mümkündür.
“Ötən ilə nəzərə yetirsək, birinci rübdə həyatın yığım sığortası üzrə haqlar yığımı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 42-43% azalıb. Lakin sonra haqların yığının azalma tempi azalaraq 35%-ə çatıb. Bu, Bu, əhalinin marağını olduğunu göstərir. Hazırda həyat sığortası üzrə bütün şirkətıərdə sığorta olunnanların ümumi sayı 15 min nəfərə yaxın təşkil edir. Bazarın potensialı var və əhalini maarifləndirmək lazımdır”, - Həsənova əlavə edib.
Azərbaycanda 4 sığorta şirkəti həyatın yığım sığortası üzrə xidmətlərin göstərilməsinə dair lisenziyaya malikdir.
İnterfaks